“Bakının benzinini almayacağıq” deyən ermənilərə nazirdən CAVAB


“Azərbaycandan gətirilən premium benzin 430 drama (1.92 AZN) satılacaq, halbuki bizdə belə benzinin qiyməti adətən 500-520 dramadır, yəni 90 drama qədər aşağı qiymətə satılacaq ki, bu da yaxşıdır”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Bəzi vətəndaşlar həmin benzini almayacaqlarını dedilər. Əziz vətəndaşlar, siz azadsınız. Benzini haradan almaq istədiyinizi özünüz seçin. Dövlətin vəzifəsi sizə mümkün qədər müxtəlif, geniş çeşid təqdim etmək, bu benzinin və digər məhsulların həmişə mövcud olması üçün fasiləsiz marşrutlara sahib olmaq və əlbəttə ki, keyfiyyətin yüksək səviyyədə olmasını və miqdarına aldanmamağınızı təmin etməkdir. Bu, dövlətin vəzifəsidir, qalanını özünüz seçməlisiniz”, – nazir qeyd edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ