Tramp: ABŞ artıq Venesuelaya nəzarət edir


ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelanın keçmiş lideri Nikolas Maduro hakimiyyətdən devrildikdən sonra ölkəyə ABŞ nəzarət edir və son günlərdə Venesuelada ciddi dəyişikliklər baş verib.

Turkustan.az xəbər verir ki, Tramp bu açıqlamanı Florida ştatının Palm Biç şəhərində küçələrdən birinin onun şərəfinə adlandırılması münasibətilə etdiyi çıxış zamanı səsləndirib.

O qeyd edib: “Bu ayın əvvəlində Palm Biçdə yerləşən Mar-a-Laqo malikanəmdə də vurğuladığım kimi, Maduro ABŞ-a və dünyanın qalan hissəsinə qarşı törətdiyi cinayətlərə görə həbs edilib və buna görə məsuliyyət daşıyacaq”.

Venesueladakı vəziyyətə toxunan Tramp deyib: “Hazırda bu ölkəni biz idarə edirik”.

Onun sözlərinə görə, ABŞ-ın Venesueladakı narkotik kartellərinə qarşı apardığı hərbi əməliyyatlardan və Nikolas Maduronun hakimiyyətdən getməsindən sonra ölkədə vəziyyət köklü şəkildə dəyişib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ