Kanadanın Baş naziri yeni dünya nizamına işarə etdi


Kanadanın Baş naziri Mark Karni Pekində Çin Prezidenti Si Cinpin ilə görüşüb. Karni görüş zamanı Çinlə münasibətləri vurğulayaraq bildirib ki, “tərəfdaşlığımızda əldə edilən irəliləyiş bizi yeni dünya nizamına yaxşı hazırlayır”.

Turkustan.az xəbər verir ki, Çinlə gərginlik dövründən sonra Pekinə səfər edən Karni iki ölkənin yeni strateji tərəfdaşlıq qurmağa doğru irəlilədiyini qeyd edib. BBC-nin məlumatına görə, Karni görüşdə Kanada və Çinin ticarət, enerji, kənd təsərrüfatı, dəniz məhsulları və digər qarşılıqlı faydalı sahələrdə əməkdaşlıq etdiyini vurğulayıb.

Bir jurnalist “yeni dünya nizamı” ifadəsinin mənasını soruşduqda, Karni belə cavab verib: “Mövcud arxitektura, çoxtərəfli sistem aşınır və zəifləyir. Sual budur ki, onun yerinə nə qurulacaq”.

Qrenlandiya ilə bağlı suala cavab olaraq Karni Danimarka və Türkiyənin NATO müttəfiqləri olduğunu qeyd edərək bildirib: "Biz Danimarka ilə NATO tərəfdaşlığı içindəyik. 5-ci və 2-ci maddələr üzrə öhdəliklərimiz qüvvədədir və biz bu öhdəlikləri tam şəkildə dəstəkləyirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ