Suriya ordusu YPG-nin işğalı altındakı daha bir bölgəni təmizlədi


Suriya Ordusu artıq Hələbin şərq ətrafındakı Deir Hafir bölgəsində yerləşməyə başlayıb.

Bu barədə Suriya Ordusunun Komandanlığı açıqlama yayıb.

“Biz Alepponun şərq ətrafındakı Deir Hafir şəhərində hərbi nəzarətimizin tam təmin olunduğunu elan edirik”, – Suriya Ordusunun Əməliyyatlar Komandanlığı bildirib.

Komandanlıq əlavə edib ki, hazırda ordunun əsas vəzifəsi şəhərin təhlükəsizliyini təmin etmək, habelə minalar və partlamamış sursatlardan təmizləməkdir.

Eyni zamanda, ordunun Maskanah və Dibsi Afnan bölgələrinə irəliləməyə başladığı qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ