Suriya Prezidenti Əhməd Şara Suriya kürdləri ilə bağlı prezident fərmanı imzalayıb.
Turkustan.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Şara kürd əsilli vətəndaşlarla bağlı Prezident Fərmanı imzalayıb. Prezident fərmanda kürdlərin Suriya xalqının fundamental və ayrılmaz hissəsi olduğunu bildirib.
Şara vurğulayıb ki, kürdlərin mədəni və dil kimliyi çoxşaxəli və vahid Suriya milli kimliyinin ayrılmaz tərkib hissəsidir. O, dövlətin milli birliyin möhkəmləndirilməsində, eləcə də bütün Suriya vətəndaşlarının mədəni və vətəndaş hüquqlarının qorunmasında daşıdığı məsuliyyətə diqqət çəkib.
Prezidentin sözlərinə görə, bu yanaşma Suriyada birgəyaşayışın və milli həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Aytən Yaşar/ Turkustan.az