Peskov: Ukrayna böhranı Avropa təhlükəsizliyindən ayrı həll oluna bilməz


Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının Avropa təhlükəsizliyi ilə bağlı hərtərəfli məsləhətləşmələr olmadan həllinin mümkün olmadığını bildirib və əlavə edib ki, "təhlükəsizlik zəmanətləri bu və ya digər şəkildə bu məsələ ilə əlaqələndiriləcək".

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Ukrayna böhranının həlli prosesinə toxunan Peskov bildirib ki, "Sülh kortəbii şəkildə gəlməyəcək. Sülhün bərqərar olması üçün müxtəlif platformalarda birgə səylər göstərilməlidir. Avropa təhlükəsizliyi ilə bağlı hərtərəfli məsləhətləşmələr olmadan Ukrayna məsələsinin həlli mümkün deyil. Təhlükəsizlik zəmanətləri bu və ya digər şəkildə bu məsələ ilə əlaqələndiriləcək".

Peskov bunun üçün dialoqa ehtiyac olduğunu bildirib və əlavə edib ki, onlar bu məsələ ilə bağlı ABŞ ilə dialoqa davam edirlər, lakin Avropa ölkələri ilə yox.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ