Medvedev: Kiyev reallıqları başa düşsə, Rusiya danışıqlara hazırdır


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Zelenski Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinin ifadə etdiyi mövqeləri nəzərə almalıdır.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev məlumat verib. O, bildirib ki, Rusiya Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır, ancaq o halda ki, Kiyev indi yer üzündə formalaşmış reallıqları və Rusiya prezidenti Vladimir Putinin təkliflərini başa düşsün.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ