60 yaşlı Mayk Tayson rinqə qayıdır! Bu dəfə onun rəqibi möhtəşəmdir


60 yaşlı keçmiş dünya ağır çəkili boks çempionu Mike Tyson 19 illik fasilədən sonra 2024-cü ildə rinqə qayıdıb.

Turkustan.az xəbər verir ki, internet ulduzu və peşəkar boksçu Jake Paul ilə qarşılaşan Tayson çətin döyüşdə məğlub olub. Mübahisəli qarşılaşmadan sonra açıqlama verən Tayson bildirib: “Bilmirəm bu, mənim son döyüşüm olacaq ya yox, bu vəziyyətdən asılıdır, amma belə düşünmürəm”.

Məlumata görə, Mayk Taysonun yenidən rinqə çıxacağı və məşhur boksçu Floyd Meyvezerlə ilə nümayiş döyüşündə qarşılaşacağı gözlənilir. Qarşılaşma rəsmi olaraq təsdiqlənsə də, hələlik tarixi açıqlanmayıb.

Beş fərqli çəki dərəcəsində beş dünya çempionu tituluna sahib olan məşhur boksçu Floyd Meyvezer dörd böyük federasiyada (WBC, WBA, IBF, WBO) kəmərlər qazanıb. Meyvezer 50 döyüşündə məğlubiyyətsiz qalıb. redakte etO, peşəkar karyerasında keçirdiyi 50 döyüşün hamısında qalib gələrək məğlubiyyətsiz rekordla yadda qalıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ