ÇL-da gecənin nəticələri: “Bavariya” uduzdu, “Fənərbaxça” qalib gəldi


UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin 5-ci turu çərçivəsində ötən gecə keçirilən 9 qarşılaşma yekunlaşıb.

Turkustan.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüşdə "Sabah" "Barselona"ya 1:4 hesabı ilə uduzub. Digər qarşılaşmalardan PSJ "Roma" ilə 2:2, "Sportinq" Lissabon isə "Mançester Yunayted" ilə eyni hesabla (2:2) heç-heçə edib.

Gecənin digər oyunlarında "Lill" "Bavariya"nı 2:1, "İnter" "Ştutqart"ı 2:0, "Atletiko Madrid" "Vikinq"i 2:0 hesabı ilə məğlub edib. Səfər matçlarında "Liverpul" "Brügge"ni 3:0, "Fənərbaxça" "Şaxtyor"u 1:0, "Vilyarreal" isə "Slaviya"nı 1:0 hesabı ilə yenib. Bakıda online alış-veriş

Liqa mərhələsinin 6-cı turunun qarşılaşmaları dekabrın 8–10-u aralığında keçiriləcək. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ