"Beşiktaş" - "Hapoel" matçında insident - Ərdoğan klubun prezidenti ilə telefonla danışıb - VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib./APA

xxx

"Beşiktaş" - "Hapoel Beer Şeva" matçı tribunalardakı gərginlik səbəbindən yarımçıq dayandırılıb.

Batumidə keçirilən matçda “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib.

Hakimlər paltardəyişmə otağına gediblər.

Bildirilib ki, “Beşiktaş”-“Hapoel Beer Şeva” arasındakı Avropa Liqası matçı tribunadakı insident səbəbindən 25-ci dəqiqədə dayandırılıb.

***

Hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra matç bərpa edilib.

Görüş qaldığı yerdən davam edir və qarşılaşmada hesab açılmayıb.

***

“Beşiktaş” – “Hapoel Beer Şeva” matçında yaşanan insident zamanı bir azarkeş yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.


MANŞET XƏBƏRLƏRİ