UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq "Sabah" və "Barselona" (İspaniya) komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Rəhman Daşdəmirov, Kristian Nvaçukvu, Umarali Raxmonaliyev, Xəyal Əliyev, İvan Lepinitsa, Timoteuş Puxaç, Erivaldo Almeyda, Ksander Severina, Du Keyros, Akim Zedadka.
"Barselona": Joan Qarsiya, Alexandro Balde, Qavi, Fermin Lopes, Pedri (k), Qabriel Jezus, Karim Adeyemi, Entoni Qordon, Cerard Martin, Frenki de Yonq, Jül Kunde.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək.
***
"Sabah" - "Barselona" qarşılaşması start götürdü.
***
Entoni Qordon görüşün 32-ci dəqiqəsində hesabı açdı: 0-1.
***
Qordon 53-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurdu: 0-2.
***
Adeyemi 55-ci dəqiqədə fərqi üçə çatdırdı: 0-3.
***
60-cı dəqiqədə Jezus dördüncü qolu vurdu: 0-4.
***
Mikels 63-cü dəqiqədə fərqi azaltdı: 1-4.
***
Qarşılaşma 4-1 hesabı ilə İspaniya təmsilçisinin qələbəsi ilə başa çatdı. /axar.az/