Ramazan ayının on birinci gününün DUASI


Sabah Ramazan ayının on birinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:49-da, iftar vaxtı saat 18:47-dir.

Turkustan.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on birinci gününün iftar duasını təqdim edir:

İftar duası:

"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis- səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".

Tərcüməsi:

"İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan"!

Allah orucunuzu qəbul etsin!


MANŞET XƏBƏRLƏRİ