ABŞ və İsrail İrana qarşı hərtərəfli hücuma keçdi, İran cavab verdi
Turkustan.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı əməliyyatlarına cavab olaraq İran Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına zərbələr endirib.
İran hökumətinin yarı-rəsmi xəbər agentliyi Fars-ın məlumatına görə, hücumların hədəfləri arasında Qətərdəki Əl-Udeyd hava bazası, Küveytdəki Əl-Səlim hava bazası, BƏƏ-dəki Əl-Dəfra hava bazası və Bəhreyndə yerləşən, 5-ci Donanmanın qərargahına ev sahibliyi edən Cüfeyr hava bazası olub.
İran İnqilab Keşikçiləri Korpusu altı ölkədəki ABŞ bazalarına eyni vaxtda hücumlar həyata keçirib. Fransanın AFP xəbər agentliyi Qətərdəki ABŞ bazasının yaxınlığında siren səslərinin eşidildiyini bildirir.
Bölgədən yayılan görüntülərdə İran raketinin Qətərə düşdüyü an saniyə-saniyəyə əks olunub. Raketin səmada hərəkətini görən əhali dərhal telefonlarını çıxarıb. Videolarda partlayışın səbəb olduğu böyük alov və qara tüstü aydın görünür, yerli sakinlərin qorxu və vahimə içində qaçdığı anlar isə lentə alınıb.
Aytən Yaşar/ Turkustan.az