İcra başçılarının bu səlahiyyətləri əllərindən alınıb - ARAŞDIRMA


Uzun illər bölgələrdə əsas icraedici orqan kimi fəaliyyət göstərən rayon-şəhər icra hakimiyyətləri öz səlahiyyətlərinin bir çoxunu itirib. Vaxtilə icra başçılarının qərar verdiyi bir sıra məsələləri hazırda mərkəzi icra hakimiyyəti orqanları və onların yeni yaradılan regional strukturları həyata keçirir. Məsələn, əvvəllər bütün rayon və şəhərlərdə təhsil şöbələri vardı. Onların müdirlərini icra başçıları təyin edirdi. Eləcə də məktəb direktorlarının təyinatına rayon-şəhər rəhbərinin razılığı olmalıdı idi. Hazırda isə bu işlərə Elm və Təhsil Nazirliyi baxır. İcra hakimiyyətləri artıq bir növ mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələri arasında koordinasiya yaradan (əlaqələndirici) quruma çevrilib.

“Yeni Sabah”ın araşdırması nəticəsində məlum olub ki, son illərdə aparılan struktur islahatları nəticəsində icra başçıları aşağıdakı səlahiyyətləri itirib:

Təhsil şöbəsinin müdirinin təyinatı;

Səhiyyə Şöbəsinin müdirinin təyinatı;

Rayon xəstəxanalarının baş həkimlərinin təyinatı;

Məşğulluq Mərkəzinin direktorunun təyinatı;

Rayon Sosial Müdafiə Mərkəzinin direktorunun təyinatı;

Məktəb direktorlarının təyinatı;

Rayon Arxiv İdarəsinin müdirinin təyinatı

Suvarma Sistemləri İdarəsinin rəisinin təyinatı;

Rayon Mədəniyyət Şöbəsinin müdirinin təyinatı;

Uşaq bağçalarının direktorlarının təyinatı;

Rayon işıq, qaz və su idarələrinin (“Azərişıq”, “Azəriqaz”, “Azərsu”) müdirlərinin təyinatı;

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Rayon Şöbəsinin müdirinin təyinatı. Qurum mərkəzi icra hakimiyyəti orqanı kimi ləğv edilib. Onun rayon və şəhər şöbələri də hazırda mövcud deyil.

Statistika İdarəsinin rəisinin təyinatı;

Baytarlıq İdarəsinin rəisinin təyinatı;

Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdirinin təyinatı;

Mülki Müdafiə Qərargahının rəisinin təyinatı;

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunun təyinatı;

Rayon Kənd Təsərrüfatı İdarəsinin sədrinin təyinatı;

Gənclər və İdman İdarəsinin müdirinin təyinatı;

Mədəniyyət Evinin müdirinin təyinatı;

Rayon musiqi məktəblərinin direktorlarının təyinatı;

Yol İstismar İdarəsinin rəisinin təyinatı;

Rayon Suvarma Sistemləri İdarəsinin rəisinin təyinatı;

Rayon Mexaniki Suvarma İdarəsinin rəisinin təyinatı;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Rayon Şöbəsinin müdirinin təyinatı;

Rayon Maliyyə İdarəsinin rəisinin təyinatı;

Ünvanlı sosial yardımların verilməsi ilə bağlı razılıq;

Kənd təsərrüfatı sahəsində verilən subsidiyaların paylanmasına nəzarət;

Tikintiyə icazələrin verilməsi.

Onu da qeyd edək ki, yuxarıda adları çəkilən qurum və vəzifələrin bir çox ləğv edilib.

Bundan əlavə, əvvəllər rayonlarda hansı yolların təmir olunması, abadlıq quruculuq işləri ilə bağlı qərar vermək, büdcədən vəsait ayırmaq səlahiyyəti də icra başçılarında olub. Hazırda onların belə bir səlahiyyəti yoxdur.

Hazırda rayon, şəhər icra başçıları cəmi bir neçə vəzifəyə birbaşa təyinat edə bilər:

İcra aparatının işçiləri: Müavinlər, şöbə müdirləri və məsləhətçilər;

İnzibati ərazi dairəsi üzrə nümayəndələr: Kənd və qəsəbə icra nümayəndələri;

Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKİB) rəhbəri.


MANŞET XƏBƏRLƏRİ