ABŞ-İsrail-İran üçbucağı: Müharibə yenidən başladı - Xamenei devriləcək? - ŞƏRH


Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiya başlayıb. Bu gün İsrail ordusu İran ərazisinə genişmiqyaslı hava və raket zərbələri endirdiyini elan edib — paytaxt Tehran daxil olmaqla bir sıra məntəqələrdə partlayış səsləri eşidilib və şəhər siluetində tüstü qalxdığı görünür.

İsrailin bu hücumu, rəsmi açıqlamalara görə, “özünə yönələn təhdidləri aradan qaldırmaq” məqsədi daşıyır və ABŞ-la koordinasiyada həyata keçirilib. İran hökuməti artıq cavab zərbələri endirdiyini bildirib.

İranın Silahlı Qüvvələri rabitə vasitələri ilə yaydıqları bəyanatda İsrail ərazilərinə qarşı raket və pilotsuz uçuş sistemləri ilə geniş hücumların başladığını bəyan ediblər və Tehranın “qətiyyətli cavab” verəcəyini vurğulayıblar. Bu vəziyyət fonunda ABŞ prezidenti Donald Tramp da nüvə məsələsi və İran rejiminə münasibətdə sərt açıqlamalar verib, Vaşinqtonun mövqeyinin dəyişmədiyini təkrar edib və İranın nüvə səylərinə qəti qarşı çıxılmalı olduğunu qeyd edib.

Maraqlıdır görəsən, İrana qarşı başladılan əməliyyat uzunmüddətli xarakter ala bilərmi və bu proses Xamenei hökumətinin devrilməsi ilə nəticələnə bilərmi? Turkustan.az bu sualları politoloq Əziz Əlibəyliyə ünvanladı.

Əziz Əlibəyli: Avropada anarxizmə yoluxmuş bir neçə ölkə var- ÖZƏL

Əziz Əlibəyli

Əsas hədəfin Xamenei hakimiyyətinin devrilməsi və regionun əsas iqtisadi arteriyalarının mərkəzi nəzarətə keçirilməsi olduğu iddia edilir. Bu kontekstdə Çin və Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması da prioritetlər sırasında göstərilir.

Məlum qiymətləndirmələrə görə, uzunmüddətli qarşıdurma ssenarisi hücumu həyata keçirən qüvvələr üçün əsas seçim hesab olunmur. Daha çox qısa, intensiv və kritik zərbələr strategiyasına üstünlük verildiyi vurğulanır.

Bu zərbələrin fonunda İran daxilində müxalif qüvvələrin genişmiqyaslı etiraz aksiyalarının baş qaldıra biləcəyi ehtimalı da irəli sürülür. Başlıca məqsəd isə hakimiyyət dəyişikliyinə aparan siyasi proses üçün zəmin formalaşdırmaq kimi təqdim olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ