Rusiya vətəndaşlarına müraciət etdi: Astaraya gedin, Azərbaycana keçin


Rusiyanın İrandakı səfirliyi vətəndaşlarını Ermənistan və Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb.

Turrkustan.az xəbər verir ki, Rusiya səfirliyinin açıqlamasında deyilir: "Əvvəlki məlumatlara əlavə olaraq, səfirlik İrandan çıxış üçün optimal marşrutların Astaradan Azərbaycana keçmək (nəzərə alın ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan hakimiyyət orqanlarından lazımi icazənin alınması tələb olunur) və Nurduz/Aqarak keçid məntəqəsindən Ermənistana keçmək olduğunu bildirir. Səyahət edərkən diqqətli və sayıq olmağınızı xahiş edirik".

Xatırladaq ki, diplomatik nümayəndəlik daha əvvəlki açıqlamasında vətəndaşlarını İranı tərk etməyə, mümkün olduqda ölkəyə səfər etməkdən çəkinməyə və ayıq-sayıq olmağa çağırmışdı./publika.az


MANŞET XƏBƏRLƏRİ