ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahından Amerika və İsrail qüvvələrinin endirdiyi zərbələrdən sonra İran ətrafındakı vəziyyəti izləyir.
Turkustan.az xəbər verir ki, bu barədə CNN-in Ağ Evə istinadən məlumat yayıb.
Fevralın 28-i səhəri ABŞ İsraillə birlikdə İrana hücuma başlayıb.
İsrail Müdafiə Nazirliyi əvvəlcə "qabaqlayıcı zərbə" elan edib, sonra Donald Tramp İslam Respublikasına qarşı genişmiqyaslı əməliyyatın başladığını bildirib. “Reuters”in məlumatına görə, Amerika qüvvələri İran hədəflərinə dənizdən və havadan hücum edir./publika.az