ABŞ və İsrail hücumlarına cavab olaraq İranın raket hücumu nəticəsində İsrailin Holon şəhərindəki avtobus terminalı vurulub.
Turkustan.az Təl-Əvivə bitişik ərazidə yerləşən terminalda böyük yanğın baş verib.
Raket zərbəsindən sonra terminal alov içində qalıb. Ərazidən qatı tüstü qalxaraq səmanı bürüyüb və yaxınlıqda partlayışlar baş verib. Raket hücumları zamanı müxtəlif yerlərdə yanğınların baş verdiyi də bildirilib.
İranın pilotsuz təyyarələrinin hücumlarının və digər sursatların İsrailə çatmasının neçə saat çəkməsi sualına da cavab tapılıb.
Sursatlar və onların İsrailə təxmini çatma vaxtları:
Ballistik raket: 12 dəqiqə
Kamikaze dronu: 9 saat
Kruiz raketi: 2 saat
Aytən Yaşar/ Turkustan.az