Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media platforması X-də İrana qarşı hücumlarla bağlı təəccüblü açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Qərbin sülh ritorikasını həqiqəti gizlətmək üçün istifadə etdiyini və danışıqların sadəcə “örtük” olduğunu iddia edib.
Medvedev paylaşımında bildirib: “Sülhməramlı qüvvələr yenidən işə başlayıb. İranla danışıqlar sadəcə bir örtük idi. Bunu hamı bilirdi. Bəs düşmənin sonunu gözləməkdə kimin səbri daha çoxdur? ABŞ-ın cəmi 249 yaşı var, Fars İmperiyası isə 2 500 il əvvəl qurulub. Görək 100 ildən sonra nə olacaq.”
Hücumlardan sonra beynəlxalq reaksiyalar gücləndikcə, Medvedevin sözləri dünyanın ən qədim dövlətlərindən biri olan İranın tarixi keçmişinə diqqət çəkib. Eyni zamanda, bu açıqlamalar Rusiyanın Qərblə İran arasındakı mövcud gərginliyə münasibətini də yenidən ön plana çıxarıb.
Aytən Yaşar/ Turkustan.az