İran və İsrail necə düşmən oldu?


İran və İsrail, əslində 1979-cu ildəki İslam İnqilabına qədər bir-biriylə sülh içində yaşayırdı.

Hətta 1948-ci ildə qurulan İsrail dövlətini tanıyan ikinci islam ölkəsi İran idi. İsraili tanıyan ilk müsəlman ölkə Misir olmuşdu.

O dövrdə monarxiya ilə idarə olunan ölkənin başında Pəhləvi sülaləsi var idi və İran Yaxın Şərqdə ABŞ-ın ən böyük müttəfiqlərindən biri sayılırdı.

Bu səbəbdən İsrail dövlətini quran ilk hökumət rəhbəri David Ben-Qurion ərəb qonşularının yeni yəhudi dövlətini təcrid etməməsi üçün İranla dostluğa can atırdı.

Ancaq 1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə baş verən İslam İnqilabı nəticəsində şah taxtdan endirildi.

Yeni hakimiyyət ABŞ və onun müttəfiqi İsrailin “imperializmini” rədd edən, təzyiq altında olan torpaqları müdafiə etməyə əsaslanan bir dövlət qurmağa çalışdı.

Ayətullah Xomeyni rəhbərliyində ölkə İsraillə olan bütün əlaqələri kəsdi və İsrail vətəndaşlarının pasportlarını tanımaqdan imtina etdi.

Tehrandakı İsrail səfirliyi ələ keçirildi və bina İsrail hökumətinə qarşı mübarizə aparan və Fələstin dövləti qurmaq istəyən Fələstin Azadlıq Təşkilatına verildi./Gununsesi.info


MANŞET XƏBƏRLƏRİ