İranın Ali Lideri Əli Xameneinin Tehrandakı dağıdılmış iqamətgahının peyklə çəkilmiş şəkli yayılıb.
Turkustan.az xəbər verir ki, şəkli "Hərbi İnformator" Telegram kanalı yayıb.
Qeyd olunur ki, Xamenei özü orada olmayıb. İran lideri əvvəlcədən təhlükəsiz yerə köçürülmüşdü.
ABŞ və İsrailin hücumları zamanı İranın yüksək rütbəli hərbçilərinin və ya hökumət rəsmilərinin ölümü ilə bağlı məlumatlar yayılsa da, hazırda rəsmi təsdiq yoxdur./publika.az
