Oğlu Pezeşkianın durumunu açıqladı


İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ABŞ-İsrail hücumları zamanı atasının hədəfə alındığını, amma sui-qəsd cəhdindən xəsarətsiz xilas olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.

“Sui-qəsd cəhdləri uğursuz oldu, digər rəsmilər də salamatdır. Yəqin daha uzun sürəcək münaqişə yaşayacağıq və bu, tükəndirmə müharibəsi olacaq. Ona görə də bu günləri aşmaq üçün qətiyyət və səbir vacibdir”, - Yusif Pezeşkian vurğulayıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ