Sabah Ramazan ayının onuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:52-də, iftar vaxtı saat 18:44-dür.
Turkustan.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının onuncu gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət- talibin".
Tərcüməsi:
İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!
Allah orucunuzu qəbul etsin!