Hava zərbələri nəticəsində İranda qızlar məktəbində ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var


İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

Turkustan.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.

***

15:51

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 40-a çatıb.

Hadisə zamanı 48 nəfər xəsarət alıb.

***

15:13

İranda qızlar məktəbinə hücumda 24 nəfərin öldüyü bildirilir.

İran mediası xəbər verir ki, “İsrailin Miyanabda qızlar məktəbinə hücum etdiyi” qeyd olunub.

Yaralıların sayı isə barədə məlumat verilməyib./APA


MANŞET XƏBƏRLƏRİ