Trampdan İrana hücumla bağlı ilk açıqlama “Genişmiqyaslı müharibəyə başladıq ”


“ABŞ İrana qarşı genişmiqyaslı müharibəyə başlayıb”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana hücumla bağlı ilk açıqlamasında bildirib.

O əlavə edib ki, İranın hərəkətləri ABŞ, onun qoşunları və xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı: “Məqsədimiz İran rejimindən qaynaqlanan təhdidləri məhv edərək Amerika xalqını qorumaqdır.

Biz əleyhdarlarımızın artıq qüvvələrimizə hücum edə bilməyəcəyinə əmin olacağıq. Biz İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə əmin olacağıq”./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ