Şərurlu İsfəndiyar: "İşçilərim gəlirimin 70-80%-ni oğurlayırmışlar" - VİDEO


Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov açıqlaması ilə təəccübləndirib.

"AStar" layihəsinə qonaq olan iş adamı gəlirinin 70-80%-nin işçiləri tərəfindən oğurlandığını etiraf edib.

O bunu nəvəsi sayəsində öyrənib:

"Əvvəldən yanımda işləyib hazırda da davam edən işçilərin azdır. Onlara tam etibar etmirəm. Mənə külli miqdarda ziyan vurublar. Nəvəm Amerikada oxuyub. Mən bütün nəvələrimə Amerikada təhsil vermişəm. Çünki mən bilik və savadın nə olduğunu dərk etmişəm. Nəvəm Amerikadan gələnə qədər çox gözəl kollektivim var idi, onlara inanırdım. Hamısı üçün hər şərait qurmuşdum. Nəvəm gələndən sonra bildim ki, gəlirimin 70-80%-ni oğurlayırmışlar" - deyə, İsfəndiyar qeyd edib.

BAKU.WS


MANŞET XƏBƏRLƏRİ