Vəziyyət gərginləşir: İsrail əsgərləri Suriyada dinc sakinlərə atəş açdı


İsrail ordusu Suriyanın cənub-qərbindəki Kuneytra əyalətinin Muallaka kəndinə basqın edərək dinc əhaliyə atəş açıb.

Turkustan.az xəbər verir ki, İsrail Suriyanın cənubunda pozuntularını davam etdirir.

Suriya dövlət televiziya kanalı Əl-İxbariyyənin məlumatına görə, İsrail ordusu zirehli texnikalarla Kuneytranın cənubundakı Muallaka kəndində irəliləyib.

Mülki əhaliyə atəş açan və buldozerlərlə söküntü işləri aparan İsrail bölməsi kənddə yeni torpaq bəndlər tikib.

Suriya hökuməti İsrailin Quneytra və Dəra kəndlərində mülki əhaliyə qarşı basqınları və hücumlarını 1974-cü il Sazişinin açıq şəkildə pozulması kimi qiymətləndirir.

Prezident Əhməd Şaranın əvvəlki açıqlamasına görə, İsrail ordusu 8 dekabr 2024-cü il ilə 18 iyul 2025-ci il tarixləri arasında Suriyanın müxtəlif bölgələrində mindən çox hava hücumu və təxminən 400 quru hücumu həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ