Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen iddia etdi ki, "yəhudi tarixi və mədəniyyəti Avropa tarixi və mədəniyyətidir".
Turkustan.az xəbər verir ki, Ursula fon der Leyen Brüsseldə Avropa Yəhudi Assosiasiyası (EJA) tərəfindən təşkil edilən Hanukka (İşıqlar Festivalı) tədbirində çıxış edib.
Çıxışına Avstraliyadakı hücumda həyatını itirənləri anmaqla başlayan fon der Leyen dedi: "Xüsusilə Avropada antisemitizm zəhərinə yer olmamalıdır, çünki ibadət, ifadə azadlığı və qorxusuz yaşamaq Aİ üçün fundamental elementlərdir."
Ursula fon der Leyen "Yəhudi tarixi və mədəniyyəti Avropa tarixi və mədəniyyətidir" deyə iddia edərək əlavə etdi: "Avropanın tam inkişafı üçün yəhudi həyatı inkişaf etməlidir. Bu, Aİ-də qəbul edilmiş bir prinsipdir və bu istiqamətdə işlər, xüsusən də ibadət yerləri üçün təhlükəsizlik və əmin-amanlıqdan başlayır."
Aytən Yaşar/ Turkustan.az