Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandırır


Avropa Parlamenti (AP) 2027-ci ilin payızına qədər Avropa İttifaqı (AB) ölkələri tərəfindən Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qanunvericilik aktını qəbul edib.

Turkustan.az xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında Aİ-nin Rusiyadan təbii qaz alışının tədricən dayandırılması üçün hazırlanmış hüquqi çərçivə müzakirə olunub.

Avropa Parlamentinin üzvləri 2026-cı ildən başlayaraq boru kəməri və mayeləşdirilmiş təbii qaz idxalına mərhələli qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini 500 lehinə və 120 əleyhinə səslə qəbul etdilər.

Buna uyğun olaraq, Aİ Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəməri qazı idxalını isə 30 sentyabr 2027-ci ilə qədər dayandıracaq.

Bu mərhələdən sonra qanun Aİ Şurası tərəfindən təsdiqləndikdən və Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Aİ-nin Rusiyadan boru kəməri ilə mayeləşdirilmiş təbii qaz və təbii qaz idxalı müharibədən əvvəlki 45 faizdən son zamanlar 12 faizə düşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ