Ağ Evdən canlı yayımlanan "Ölkənin Vəziyyəti" adlı çıxışında ABŞ Prezidenti Donald Tramp ikinci müddətinin ilk ilində qazandığı uğurları sadalayaraq, əsasən iqtisadiyyat və sərhəd təhlükəsizliyi sahələrində atılan addımları vurğulayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp bütün Amerika media orqanları tərəfindən canlı yayımlanan "Ölkənin Vəziyyəti" adlı çıxışında ikinci prezidentlik müddətinin əsas məqamlarını nəzərdən keçirib.
Təxminən 20 dəqiqə davam edən çıxışında Tramp qeyd edib ki, onlar vaxtlarının çox hissəsini keçmiş ABŞ prezidenti Co Bayden administrasiyasından miras qalmış iqtisadi vəziyyəti "düzəltməyə və yaxşılaşdırmağa" sərf ediblər və həmçinin sərhəd təhlükəsizliyinə milli təhlükəsizlik məsələsi kimi baxdıqlarını və çox ciddi tədbirlər gördüklərini izah ediblər.
Tramp administrasiyasını tərifləyərək dedi: "Son 11 ayda Vaşinqtona Amerika tarixindəki istənilən administrasiyadan daha çox müsbət dəyişiklik gətirdik. Bu, misli görünməmiş bir şeydir".
ABŞ-ın, xüsusən də tariflər vasitəsilə öz təsirini gücləndirdiyinə diqqət çəkən ABŞ prezidenti, atdıqları addımlarla "yenidən bütün dünyada hörmət edilən bir ölkəyə" çevrildiklərini söylədi.
Aytən Yaşar/ Turkustan.az