Türkiyə 600-dən çox rusu dənizin ortasında saxlayır – Gərginlik


Türkiyə sahillərində 600-dən çox rusiyalı turist “Astoria Grande” gəmisində gözləyir.

Turkustan.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yüzlərlə rusiyalının olduğu gəmini limana buraxmırlar. İddiaya görə, bunun Soçidə Türkiyənin “Seabridge” bərəsinin üç sutka gözləməsinə baxmayaraq limana buraxılmamasına cavab olduğu bildirilir.

Layner 19 noyabr gecəsi İstanbulun Qalataport limanına çatmalı və səhər saat 10-da sərnişinlərin enişinə başlamalı idi. Lakin icazə verilmədiyi üçün gəmi hələ də gözləyir.

“Astoria Grande” Rusiyanın ilk beynəlxalq kruiz layneridir və Türkiyə, İsrail, İtaliya və Maltaya səfərlər edir. Gəmi 1328 sərnişin tutur. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ