Prezidentdən Tağı Əhmədovun xanımı ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) 50 illiyi münasibətilə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə AMİU-nun bir qrup əməkdaşı təltif edilib.

Təltif edilənlərdən biri də universitetin dosenti Salatın Əhmədovadır. Belə ki, o, "Tərəqqi" medalına layiq görülüb.

Məlumata görə, Salatın Əhmədova Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağı Əhmədovun həyat yoldaşıdır. O, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktorudur. Salatın Əhmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Qeyd edək ki, Tağı Əhmədov 2016-cı ildən 2024-cü ilin fevralına kimi Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub. O, 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib. Tağı Əhmədov 2024-cü ilin oktyabrında vəfat edib.


MANŞET XƏBƏRLƏRİ