Türkiyə F-16 ilə PUA-nı VURDU - Rusiya və Ukraynaya ciddi XƏBƏRDARLIQ ETDİ


Türkiyənin Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) hadisəsindən sonra Rusiya və Ukraynanı Qara dənizdə təhlükəsizlik məsələlərində daha diqqətli olmağa çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir: "Ukrayna ilə Rusiya arasında davam edən müharibə səbəbindən həmkarlarımıza Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərə biləcək hadisələrlə bağlı daha ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib".

Xatırladaq ki, dekabrın 15-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin hava məkanına yaxınlaşan PUA-nı Qara dəniz üzərində vurub./Musavat.com


MANŞET XƏBƏRLƏRİ