TƏCİLİ: Rusiya bu Avropa ölkəsinə daxil oldu - Əsgərlər SƏRHƏDİ KEÇDİ - VİDEO


17 dekabrda üç Rusiya sərhədçisi Estoniya ərazisinə daxil olub və təxminən 20 dəqiqə orada qalıb.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Estoniya hakimiyyəti məlumat yayıb.

Telegram kanallarına görə, qanun pozuntusu quruda, Narva çayının o tayındakı Estoniya ərazisinin kiçik bir ərazisində baş verib.

Hadisə videoya çəkilib.

Tallin Rusiya səfirini çağıracaq və Rusiya tərəfi ilə danışıqlar aparacaq. Estoniya daxili işlər nazirinin sözlərinə görə, bunun qəza, yoxsa qəsdən törədilmiş təxribat olduğu hələlik məlum deyil. Ərazidə sərhəd patrulları artırılıb.


MANŞET XƏBƏRLƏRİ