Xalqımızın "sapı özündən olan" bəlası: “Mürtəd”in 88, xəyanətin 13 yaşı....


Bu gün nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı, əməkdar incəsənət xadimi, Milli Məclisinin III çağırış deputatı Əkrəm Əylislinin anadan olduğu gündür .

Çox istədim ki, bu mövzunun üstündən sükutla keçim, amma bacarmadım. Çünki bu xalq ondan olduğunu sandığı Azərbaycanlı adlı, erməni qanlı vətəndaşları tanımalıdırlar. Hətta unutmaq xəyanətə bərabərdir.

Bir yazı illüstrasyonu olabilir

Deməli, 2012-ci ildə Rusiyada “Drujba Narodov” jurnalında çap olunan “Daş yuxular” romanı və yazıçı Əkrəm Əylisli Azərbaycan ədəbi mühitinə ləkə saldığı üçün bütün titullardan məhrum edilərək ictimaiyyət tərəfindən ikrahla qarşılandı.

Amma, 2013-cü ildə Ermənistanda “Nork” nəşriyyatında Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanı erməni dilində çap edildi. Əsəri erməni dilinə Leonid Zulfuqaryan tərçümə etdi.

Fotoğraf açıklaması yok.

Bildiyiniz kimi, həmin vaxt Azərbaycanın 20 faiz torpağını işğal edən , Xocalı soyqırımı dəhşətlərini dinc əhaliyə yaşadan, qarabağlıları yurdundan deportasiya edən ermənilərin "qalib" dövrü idi.

Amma Ə.Əylisli (iddia edir ki, Əylis yox Akulis erməni yurdu olub)- Akulis erməniliyini gizlətməkdə çətinlik çəkib və saxtakarlıqla dolu ermənipərəst roman ortaya çıxıb: "Azərbaycanlılar bu torpaqlara gəlmədirlər, ermənilər isə yerlidir, onların dədə-baba torpaqlarıdır. Azərbaycanlılar gəlib erməniləri qətlə yetirdiklərinə görə böyük bir günaha batıblar, ona görə də, Tanrının lənətinə tuş gəliblər…

Qondarma "əsər"də türk ordusunun zabiti Atif bəy tərəfindən Əylis ermənilərinin öldürülməsi də həyasızcasına təsvir olunub: "Öldürülən ermənilərin evləri azərbaycanlılar tərəfindən qəsb edildiyindəndir ki, onların uşaqları bədbəxt hadisələrlə üzləşirlər. Məzlum erməni xalqının ruhu azərbaycanlıları rahat buraxmır, onlar ruhi xəstəliyə tutulurlar".

Müəllif doğma həmkəndlilərini utanmadan "qaniçən", "zalım", "ermənilərə qarşı qəddar insanlar" kimi təqdim edir, azərbaycanlıları gözdən salmaq üçün müxtəlif ayamalar işlədir. Cızmaqarada qeyd olunur ki, "Resmiş Qulunun babası çaqqal Abdulla 1919-cu ildə daşyonan Minası və onun arvad-uşağını balta ilə doğrayır, qəssab Məmmədağa küçədə keşiş Mkırtıçın qızının qarnını xəncərlə yırtır, ilantutan Əbdüləlinin oğlu zəhmətkeş Arakeli əkin sahəsində öldürür, onun arvadı Esxi isə havalanıb özünü qayadan atır".

Bəli, 75 yaşındaykən Əkrəm bütün bunları bilərəkdən etməklə, millətə qarşı açıq həqarətini, nifrətini, qəzəbini nümayiş etdirmişdi.

Təsəvvür edirsiniz, qaniçən Zori Balayan öz kitabında həyasızcasına yazır ki, təcrübə məqsədilə 13 yaşlı uşağın dərisini soyub neçə dəqiqə yaşayacağını müəyyənləşdirib:

"Uşaq 7 dəqiqədən sonra dünyasını dəyişdi. Axşam eyni şeyi daha üç türk çocuğunun üzərində apardıq" - deyən Balayan kitabında cəlladlığını açıq etiraf edib, amma Əkrəm deyir ki, "ermənilər yox, biz özümüz pisik", "ermənilər tərəfdən müsəlmanlardakı qədər qəddarlıq heç vaxt görünməmişdir" kimi əsassız iddiaları görünməmiş xəyanət və şərəfsizlik nümunəsidir.

"Əylis Allahın evidir, ona görə orada 12 kilsə tikilmişdi, hərəsi də bir dağın arxasında" və yaxud "Mesrop Maştos erməni əlifbasını Əylisdə yaradıb, Roffi Əylisdə dərs deyib" kimi gülünc fikirlər Əkrəmin nə qədər antimilli psixoloji ovqatda olmasının göstəricisidir.

Onu bu günə qədər müdafiə edən qanıqarışıq yazarlara deyirəm ki, bir xəyanətkara dəstək olmaq, elə xəyanətkar olmaq deməkdir.

88 yaşlı Əkrəm Əylislinin acdığı cığırla irəliləyənlərin sayı artıb...

Onlar haqqında da gələcək yazılarımda yazacağam...

Allah Azərbaycan xalqına, dövlətinə, bayrağına , şəhidinə xəyanət edənlərin günahından keçməsin!

P.S. Həmin ili Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə yazıçı Əkrəm Əylislini “Mürtəd” adlandırmışdı:" El arasında Allahsız, dinsiz, imansız adama, dönük, xain çıxana, insafsıza, zalıma, mürvətsizə, rəhmsizə mürtəd deyilir".

Əntiqə Rəsid


MANŞET XƏBƏRLƏRİ