Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta Zirvə toplantısı ərəfəsində verdiyi açıqlamada bildirib ki, Aİ liderləri geoiqtisadiyyat, genişlənmə, Aİ-nin uzunmüddətli büdcəsi və Ukrayna məsələlərini müzakirə edəcəklər.
Turkustan.az xəbər verir ki, Avropa Birliyi (AB) üzv dövlətlərinin liderləri Rusiyaya məxsus təxminən 210 milyard avro dəyərində dondurulmuş aktivlərin Ukraynaya verilməsi imkanını müzakirə etmək üçün bir araya gəliblər.
Belçikanın paytaxtı Brüsseldə 27 Aİ üzv ölkəsinin dövlət və hökumət başçılarının iştirakı ilə 2025-ci ilin son Aİ Liderlər Zirvə Görüşü başlayıb.
Zirvədə əsas diqqətin Ukrayna məsələsinə yönələcəyini vurğulayan Kosta bildirib ki, Aİ liderləri 2026 və 2027-ci illər üçün Ukraynanın maliyyə ehtiyaclarının necə qarşılanacağını müzakirə edəcəklər.
Antonio Kosta qeyd edib:
“Aİ Komissiyası bu məsələ ilə bağlı bir neçə variant təqdim edib. Bu gün həmin təkliflər üzərində işləyəcəyik, zərurət yaranarsa, sabah da müzakirələri davam etdirəcəyik. Ukraynanın 2026–2027-ci illər üzrə maliyyə ehtiyaclarını təmin edəcək yekun qərara gəlmədən bu zirvə görüşünü tərk etməyəcəyik.”
Aytən Yaşar/ Turkustan.az