Ukayna ordusu Liman istiqamətində Rusiya ordusunun alayını məhv edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü ordu korpusu məlumat yayıb.
“Müdafiə Nazirliyinin 3-cü ordu korpusu və Baş Kəşfiyyat İdarəsi Liman istiqamətində birgə hücum əməliyyatları keçirib. Rusiya ordusunun bir alayı məhv edilib. Koordinasiyalı əməkdaşlıq nəticəsində artıq cəbhə xəttini sabitləşdirmək və Ukrayna qüvvələrinin ərazidəki taktiki mövqeyini yaxşılaşdırmaq mümkün olub”, - məlumatda qeyd edilib.
Bildirilib ki, əməliyyat nəticəsində xeyli sayda rus hərbçisi də əsir götürülüb.
