“Samirə Əfəndini tanımıram. Necə olub ki, gedib ermənini qucaqlayıb? Şirinlik edib də. Yerə soxum boyunu. Adam qəhətdir sənə, gedib ermənini qucaqlayırsan? Kül təpənə, ay Samirə! Yüz illərlə bunlar bizə qan uddurub. Uşaqlarımızı öldürüblər, əsir götürüblər, başımıza olmazın oyunlar açıblar. Sən indi durub ermənini qucaqlayanda utanmadın? Utanmırsan? Ayıb deyil? Adam bu qədərmi məntiqsiz iş görər? Hər şeyin həddi var. Ermənilərlə barışmışıq, amma bu o demək deyil ki, sən gedib onu qucaqlayasan. Sən öz millətini, azərbaycanlı balasını, türk vətəndaşını qucaqla da. Sən ermənini niyə qucaqlayırsan? Bu söhbəti heç bir yerə yaza bilmirsən. Ayıb olsun ona!”
Bu sözləri Medianews.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
O, daha sonra əlavə edib:
“Ermənilərin nəyi var ki, musiqiləri də olsun? Yeməkləri bizim, musiqiləri bizim, musiqi alətləri bizim. Adət bizim, ənənə bizim. 44 günlük müharibədə onları diz çökdürdük. İndi sənə nə olub, ay Samirə, ermənini qucaqlayıb öpürsən? Musiqidə siyasət yoxdur. Hər kəs mənim kimi mərd ola bilməz. Hər kişi müğənni ola bilməz, nər kişinin işidir müğənni olmaq. Hər kişidə o qabiliyyət ola bilməz ki, sözü insanın üzünə desin. Mən deyirəm və düşmən də oluram”.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib. Daha sonra o, Saro Gevorkyanı qucaqlayaraq bağrına basıb.