Ukrayna Prezidenti Volodymyr Zelensky Rusiyanın 2026-cı ildə müharibəni davam etdirməyə hazırlaşdığını bildirib.
Turkustan.az xəbər verir ki, o, qeyd edib ki, Moskvadan gələn son siqnallar gələn ilin də müharibə ili olacağını göstərir.
Zelenski sosial media hesablarında paylaşdığı video müraciətdə Rusiya–Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirib.
Zelenski Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Müdafiə Nazirliyi rəsmilərinin iştirakı ilə keçirilən genişləndirilmiş toplantıya diqqət çəkərək, müdafiə naziri Andrey Belousovun çıxışlarında müharibənin davamına hazırlıq mesajlarının yer aldığını vurğulayıb.
Ukrayna prezidenti bildirib ki, bu siqnallar təkcə Kiyev üçün deyil, eyni zamanda müttəfiqlər üçün də ciddi xəbərdarlıqdır və xüsusilə Rusiyanın müharibəni bitirmək istədiyini tez-tez səsləndirən ABŞ-dakı tərəfdaşların buna adekvat reaksiya verməsi vacibdir.
Aytən Yaşar/ Turkustan.az