Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsi tərəfindən dindirilir.
Turkustan.az xəbər verir ki, bu barədə Şahramanyanın vəkili Roman Yeritsyan deyib.
“Bu, növbəti dindirmədir, cinayət işi həm 2020-ci ilin 44 günlük müharibəsi, həm də 2023-cü il hadisələri ilə bağlıdır. Bu işdə Şahramanyan artıq 2025-ci ilin iyun və iyul aylarında 12 dəfə dindirilib”, - o bildirib. /axar.az/