Qarabağdan qaçan erməni general da Azərbaycanın siyahısında imiş


"Azərbaycan tərəfinin təqdim etdiyi ilkin siyahıda "Artsax" Müdafiə Ordusunun komandanı Kamo Vardanyan da var idi".

Turkustan.az xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan deyib.

"Bu siyahı bizə yolun açılması və əhalinin qayıtması prosesini təşkil etmək tələbi kimi təqdim olunmuşdu", - deyə o qeyd edib.

Xatırladaq ki, K.Vardanyan 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük savaşın araşdırılması istiqamətində həbs olunan sabiq separaçtı "müdafiə naziri" Cəlal Arutyunyanın yerinə təyin olunmuşdu.

Erməni generalın 2023-cü ilin oktyabr ayında Həkəri çayı üzərindəki keçid məntəqəsində saxlanıldığı deyilsə də, onun Ermənistana qaça bildiyi məlum olub. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ