Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Avropa və Ukrayna rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı Vaşinqton administrasiyası ilə təmaslara hazırlaşdıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin cari məsələlərlə bağlı bəzi suallarını cavablandırıb.
ABŞ və Rusiya rəsmilərinin tezliklə Mayamidə görüş keçirəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirən Peskov deyib: "Həqiqətən də, amerikalıların avropalılar və ukraynalılarla gördüyü işlərin nəticələri barədə məlumat almaq üçün amerikalı həmkarlarımızla müəyyən əlaqələrə hazırlaşırıq".
Peskov, Venesuelanın şimal sahillərində ABŞ hərbi mövcudluğunun artması və bölgədəki gərginliyin artması ilə bağlı deyib: "Latın Amerikası bölgəsində gərginliyin artdığını görürük və bunu potensial olaraq çox təhlükəli hesab edirik".
Aytən Yaşar/ Turkustan.az