Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhəri Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Turkustan.az xəbər verir ki, bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.
“Azad (işğal) edilmiş Kupyansk Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olub və belə də qalır”, - o bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının noyabrın 20-də ələ keçirdiyini elan etdiyi Xarkov vilayətinin Kupyansk şəhərinə səfər edib. Dövlət başçısı şəhərdə hərbçilərlə görüşüb, səfərinə dair video və fotolar paylaşıb.
Ukrayna Prezidenti bu gün Kiyevdə jurnalistlərlə görüşündə Kupyanskın Rusiya tərəfindən iddia edilən işğalını “Putinin yalanı adlandırıb. Zelenski bəyan edib ki, Kreml sahibinin bu yalanı ABŞ və Avropa İttifaqı ilə aparılan danışıqlara da təsir göstərib./teleqraf