Fazil Mustafa Bakıxanovda vətəndaş qəbulu keçirdi


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində noyabr ayına aid növbəti vətəndaş qəbulu keçirib.

Sülh küçəsi 35 ünvanında vətəndaşları qəbul edən millət vəkili, onların müraciət və təkliflərini diqqətlə dinləyib və qarşılaşdıqları problemləri öyrənib.

Qəbul iştirakçılarının müraciətləri əsasən məşğulluq, sosial təminat, abadlıq, rabitə, vəzifəli şəxslərin fəaliyyətsizliyi və digər sahələri əhatə edib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, qanunvericiliyə uyğun olan digər məsələlər isə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirilib.


MANŞET XƏBƏRLƏRİ