Qahirə Afinanın planlarını pozdu... "Türkiyəsiz masada oturmayacağıq"


Yunanıstanın Şərqi Aralıq dənizində dəniz yurisdiksiyasını Misir vasitəsilə genişləndirmək planı gözlənilən nəticəni verməyib.

Turkustan.az xəbər verir ki, Qahirə 2020-ci ildə Türkiyə ilə imzalanmış dəniz sərhədləri müqaviləsinin genişləndirilməsi ilə bağlı danışıqlarda Ankaranın da iştirakını tələb edir.

Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyinə qarşı Misirin dəstəyinə güvənən Afinanın planları gözlənilməz maneə ilə üzləşib.

Liviyanın şərqindəki Benqazi administrasiyasının 2019-cu ildə Türkiyə ilə imzalanmış dəniz sərhədlərinin müəyyənləşdirilməsi haqqında müqaviləni təsdiqləməsindən sonra Yunanıstan 2020-ci ildə Misirlə imzaladığı oxşar sazişdə nəzərdə tutulan sərhədləri genişləndirməyə çalışıb.

Lakin hakim Yeni Demokratiya Partiyasının parlament spikeri, keçmiş immiqrasiya naziri Dimitris Keridis Afinanın planlarının çətinliklə üzləşdiyini etiraf edib.

O bildirib ki, Misir Türkiyənin danışıqlar masasında iştirakı olmadan müqavilənin genişləndirilməsini istəmir.

Qahirənin bu mövqeyi Afinanın Şərqi Aralıq dənizində Türkiyəyə qarşı mövqeyini gücləndirmək planlarını çətinləşdirə bilər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ