ABŞ Prezidenti Donald Trampın gələn həftə Filippin və Çinə səfər edəcəyi, Çin səfəri çərçivəsində isə Si Cinpin və Vladimir Putinlə üçtərəfli görüş keçirəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Oliviya Uels Trampın gələn həftənin əvvəlində Filippinə, daha sonra isə Çinə səfər edəcəyini açıqlayıb. ABŞ-ın yüksək vəzifəli rəsmiləri də səfərlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.
Uelsin sözlərinə görə, gələn həftə Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində Trampın Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşü nəzərdə tutulur.
Ağ Evin sözçüsünün müavini Trampın cümə axşamı Si Cinpinlə ayrıca ikitərəfli görüş keçirəcəyini də bildirib.
Danışıqların gündəliyinə toxunan Uels qeyd edib ki, Tramp nüvə silahlarının azaldılması məsələsini də müzakirə edəcək.
"Prezident digər məsələlərlə yanaşı, dünyada yayılması son dərəcə təhlükəli olan nüvə silahlarının azaldılması məsələsini də müzakirə edəcəyini açıq şəkildə bildirib", – deyə o vurğulayıb.
Aytən Yaşar/Turkustan.az