Rusiya Konstantinovka şəhərini ələ keçirmək və Kramatorsk, eləcə də Slavyansk istiqamətində irəliləmək məqsədilə mülki əhalinin müdafiəsi bəhanəsi ilə şəhərdə “humanitar əməliyyat” keçirməyi təklif edir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbətində bildirib.
Zelenski Rusiyanın Konstantinovkadakı mülki əhali ilə bağlı açıqlamalarının şəhəri ələ keçirmək planının bir hissəsi olduğunu deyib.
“Kostyantinovkadakı mülki əhali ilə bağlı Rusiya narrativi Putinin şəhəri ələ keçirə bilməməsi ilə əlaqədardır. Putin sadəcə bizim Konstantinovkanı tərk etməyimizi istəyir ki, onlar bütün şəhərə daxil olaraq onu işğal etsinlər. Mən mövqeyimi amerikalı danışıqlara izah etdim: oradakı insanlar yalnız silahlı Ukrayna vətəndaşları və işğalçı olan silahlı Rusiya vətəndaşlarıdır. Konstantinovkanın daxilində döyüşlər gedir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna mülki əhalinin şəhərdən təxliyəsi üçün əlindən gələni edir. Lakin Konstantinovkanın Rusiyaya verilməsi Donbasda yeni hücumların qarşısını açacaq.
Aytən Yaşar/ Turkustan.az