ABŞ-da ölkə daxilində uçuş qadağası ləğv edildi


ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarə edilməsi mərkəzlərində yaranan texniki nasazlıq səbəbindən ölkənin bütün hava limanlarında tətbiq edilən uçuş qadağasının ləğv olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, bundan əvvəl FAA rabitə sistemində yaranan problemə görə ABŞ üzrə bütün hava limanlarında uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdi.

ABŞ-ın nəqliyyat naziri Şon Daffi qərarı sosial media hesabında açıqlayaraq bildirmişdi ki, rabitə problemi bütün hava hərəkətinin idarə edilməsi mərkəzlərinə təsir edib.

Nazir əlavə edib ki, vəziyyətlə bağlı yeni məlumatlar ictimaiyyətə açıqlanacaq.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ