ABŞ-da bomba xəbərdarlığı! İki şəhərdə təxliyə əmri verildi


ABŞ-ın İllinoys ştatında etanol zavodunda bomba şübhəsi doğuran əşyanın aşkarlanması iki şəhərdə genişmiqyaslı təxliyəyə səbəb olub. Hadisədən sonra Peoria və Şərqi Peoria şəhərlərində fövqəladə vəziyyət elan edilib.

Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, hadisə Peoria şəhərində yerləşən “BioUrja Renewables” etanol zavodunda baş verib.

Peoria şəhərinin meri Rita Ali bildirib ki, təcili yardım və təhlükəsizlik qüvvələri zavodun ərazisində bomba olduğundan şübhələnilən əşya aşkarlayıb.

Bundan sonra zavodun ətrafında təxminən 1,6 kilometr radiusda yerləşən ərazilər üçün təxliyə əmri verilib. Təhlükəsizlik tədbirləri İllinoys çayının hər iki sahilindəki yaşayış evlərini və müəssisələri əhatə edib.

Hazırda təhlükəsizlik qüvvələri ərazidə araşdırmaları davam etdirir. Hər iki şəhərin merləri sakinlərə xəbərdarlıqlar edərək təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıblar.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ