Trampın Çin planı: Nvidia qalmaqalı müzakirə olunmayacaq


ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı Nvidia şirkətinin keçmiş rəhbəri Jensen Huangla əlaqələri olduğu iddia edilən çinli iş adamına qarşı casusluq ittihamlarını gündəmə gətirməyi planlaşdırmadığı bildirilir.

Turkustan.az xəbər verir ki, Amerikanın CNBC telekanalının məlumatına görə, anonim qalmaq istəyən yüksək vəzifəli ABŞ rəsmiləri Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə planlaşdırılan səfərini müzakirə ediblər.

Rəsmilərin sözlərinə görə, Tramp Çin rəsmiləri ilə görüşlərində Nvidia məsələsini qaldırmaq niyyətində deyil. Danışıqların əsasən iqtisadiyyat və ticarət sazişlərinin icrası ətrafında aparılacağı gözlənilir.

ABŞ rəsmiləri, həmçinin SpaceX şirkətinin sahibi İlon Maskın Trampı Çin səfərində müşayiət edəcəyini bildiriblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ